Hikmət Hacızadənin Arxivi
Siyasətçi, demokrat və dissidentin sözlərini gələcək nəsillər üçün qoruyub saxlayan resurs
Həyat yolundan:
Daha ətraflı... 1991-ci ildən AXC-nin rusdilli “Свобода” qəzetinin baş redaktoru olub. AXC hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti sədrinin müavini (keçmiş SSRİ ilə əlaqəli işlər üzrə) və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səlahiyyətli Nümayəndəsi vəzifələrini daşıyıb. 1993-cü ilin oktyabr ayında Müsavat partiyasına daxil olub, onun Məlumat-Analitik Mərkəzinə rəhbərlik edib və Divan üzvü olub. 1994-cü ilin Aprel ayında dostları ilə İqtisadi Və Siyasi Araşdırmalar Mərkəzini (FAR Centre) təsis edib və onun prezidenti olub. Hikmət Hacızadə 1988-2020-ci illərdə demokratiyanın inkişafı, keçid dövrünün problemləri, təhlükəsizlik və digər mövzularda bir çox məqalə və kitabın müəllifi, həmçinin bir sıra jurnalın təsisçisi, tərtibatçısı və redaktoru olub. Onların arasında ən mühümü “Üçüncü Era” araşdırma jurnalı olub. Tərtib etdiyi “Demokratiya: Gediləsi Uzun Bir Yol” kitabı isə illərcə bu mövzunu yaxından öyrənmək istəyən bütün tələbələrin masaüstü vəsaiti olub.
Demokratiyaya gedən uzun yolda. Məqalələr və müsahibələr toplusu. Tərtibat - Sabit Bağırov. Red: Bahar Hacızadə (2021):
Əsas mətnlər:
Məqalələr:
- Din azadlığı haqqında məqalələr. Hikmət Hacızadə (1996-2003)
- Prezidentlik Təcrübəsi: Nikson, Kennedi, Reyqan, Buş. Hikmət Hacızadə (1996)
- Russia in Transcaucasus or Democracy in a state of emergency. TRANSITION JOURNAL Vol.3, No4, PRAGUE. Hikmət Hacızadə (1997)
- Qeyri-Zorakı Mübarizənin Nəzəriyyəsi və Taktikası. Niyazi Mehdi, Hikmət Hacızadə (1998)
- A new identity, for a new Azerbaijan. Hikmət Hacızadə (1998)
- İnsan Hüquqları: Bəşəriyyətin başlıca ideyası. Hikmət Hacızadə (1998)
- Dünya, BMT Ümumdünya İnsan Hüqüqları Bəyannaməsi imzalandıqdan sonrakı 50 il ərzində. Hikmət Hacızadə (2001)
- Perpetual War or Perpetual Peace? “Panorama”, Institute of War and Peace Reporting. Hikmət Hacızadə (2004)
- Состояние религии, религия и государство в Азербайджане после 11 сентября. Hikmət Hacızadə (2005)